Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yenilikdən danışıb.
Teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, xalq artisti Polad Bülbüloğlunun repertuarından “Prixodi” ("Gəl") adlı mahnını ifa edib: “Ümumiyyətlə, mən Polad bəyin bəstələrinə heyranam. İllərdir ki, onun bəstəsi olan mahnıları sevə-sevə dinləyirəm. “Prixodi” adlı bəstəni də xeyli vaxt idi ki, ifa etmək istəyirdim. Qismət bu günə imiş. İstədim Polad müəllimdən sonra da bu mahnını oxuyum, yaşadım. Düşünürəm ki, musiqinin yaşı yoxdur. Gözəl musiqilər daim yaşayır, yaşayacaq. Bu mahnıya yeni nəfəs verdiyimə görə çox şadam”.
Qeyd edək ki, mahnının aranjemanı Muqbil Əzimova məxsusdur.
Rəqsanə