30 Yanvar 2017 17:22
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Moskvada yerli məşhurların iştirakı ilə mükafatlandırma mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, 2 Fevral Gənclər Gününə həsr olunan gecə Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR), Gənclər və İdman Nazirliyi, “V&V company”, aparıcı Sərxan Kərəmoğlunun təşkilatçılığı ilə keçirilib.

Gecənin aparıcılarından olan S.Kərəmoğlu səhnədə mərhum xalq artisti İlhamə Quliyevanın “Bəzi şou-biznesdə olan gənc həşəratları Azərbaycandan çıxarmaq lazımdır” ifadəsini işlədib. Onun bu sözləri qalmaqala səbəb olub. Bir çoxları S.Kərəmoğlunu Azərbaycan xalqını həşərat adlandırmaqda ittiham edib.

S.Kərəmoğlu haqqında yazılan tənqidi yazılarla bağlı açıqlama verərək məsələyə aydınlıq gətirib: “Dünən tədbirdə İlhamə xanımın "həşərat" sözünü "Bozbash pictures" uşaqlarına zarafatla dedim. Bu sözü öz həmkarlarıma ünvanlamışam. Mən xalqım üçün canımı verərəm. Bir yerdə yazıblar ki, “xalqımız təhqir olundu”. Ucuz adamlardan rüşvət alıb belə şeylər yazmaq olmaz. Belən də ki, həmin sözü sənət dostlarıma demişəm, əcəb etmişəm. Tədbir çox möhtəşəm keçib. Sizin kimi erməni xislətli insanların ürəyi partlasın”.

Tədbirdə aparıcı kimi çıxış edən Afaq Gəncəli də bunla bağlı fikir bildirib: “Bütün bu yalan yazılar uğurlu konsertə kölgə sala bilməz. Sərxan, ürəyini sıxma. Əsas odur ki, biz qürbətdə yaşayan həmvətənlərimizin qarşısında layiqli çıxış edib, onların könlünü oxşadıq. Vətəni və həmvətənləri üçün heç nə etməyib, ağzına gələni yazanlara isə ayıb olsun”.


Müəllif:

Oxşar xəbərlər