“Demişəm, deyəcəm də: Elza Seyidcahan zövqsüzlük ikonasıdır. Məndən müsahibə aldılar soruşdular “zövqlülər kimdir”, mən də adlarını çəkdim. Elza xanım deyir ki, zövqsüzlərə zövq diktə edirəm. Gülməlidir...”.
Teleqraf.com xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.
Əməkdar artist Elza Seyidcahanla qalmaqal yaşayan stilist onun səs yazılarını təqdim edib. O bildirib ki, Elza efirdə onu tənqid etsə də, telefonda onun ünvanına təriflər yağdırıb:
“Yazıq özü-özünü "zövqlü" hesab edir. Budur zövq? Həmin Elzadır ki, mənə “Səni öpürəm bağrıma basıram. Həmişə yanındayan. Ustadımız, Allah səni bizə çox görməsin” sözlərini deyir (səsini qulaq asdırır – red.). Bunları yazır, efirdə dediyi nədir?".
A.Ağakişiyev ifaçının ona dediyi "Anarı bağışlayıram" sözlərinə də münasibət bildirib:
“Deyir, Anarı bağışlayıram... Mən ondan üzr istədim? Əgər Elza xanım insanları şeirləri ilə güldürməyə öyrəşibsə, mən o şeirlərdən deyiləm”.