9 Fevral 2017 16:11
541

Xalq artisti Leyla Şıxlinskayanın adı dələduzluqda hallanır.

Axşam.az-ın məlumatına görə, bu haqda Rusiyanın life.ru saytında xəbər yerləşdirilib.

Məqalədə bildirilib ki, Moskvanın Petrovka küçəsində olan elit binada yerləşən mənzil saxta sənədlərlə bir neçə insanın adına keçirilib. Sənədlərdə Azərbaycanın xalq artisti Leyla Şıxlinskayanın adı yer alıb.

Sahəsi 400 kvadratmetr olan mənzilin dəyəri 500 milyon rubldur (təxmini 15 milyon manat). Müsadirə olunan digər mənzilin sahəsi isə 336 kvadratmetridr. O isə başqa bir şəxsin adına qeyd olunub.

Araşdırma zamanı Leyla Şıxlinskaya ilə əlaqə yaratmaq mümkün olmayıb. Mənzilin gerçək sahiblərinin isə heç bir yerdə şikayətinə rast gəlinməyib.

Əgər məhkəmədə sənədlərin saxta olduğu təsdiqini tapsa, mənzillər dövlət tərəfindən müsadirə olunacaq.


Müəllif: