"Real Madrid"in portuqal ulduzu Kriştiano Ronaldo sevgilisi Georgina Rodrigezlə evlənməkdə israrlıdır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ronaldo gələn il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatından sonra toy etmək fikrindədir.
Ona bu qızla evlənməyi anası Dolores Aveiro məsləhət görüb. Georgina məşhur mağazalardan birində kassir və satış meneceri olaraq işləyir. Portuqaliya mediası qeyd edir ki, Kriştiano Georginadan bir neçə uşaq sahibi olmaq arzusundadır.
Qeyd edək ki, G.Rodrigez Ronaldonun İrina Şeykdən sonra mükafatlandırma mərasiminə gətirdiyi ikinci sevgilisidir.