22 Fevral 2017 14:02
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova mətbuatda keçmiş sevgilisi Faiq Azayevin həbsində adının hallanmasına əsəbiləşib.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova instaqramda bu sözləri yazıb: “Allahımdan çox razıyam. Əvvəla, haqqı danıb, nahaq yolla adamı şərləməyə çalışan insanlar gec-tez Allah qarşısında cavab verir. Zamanında çox şeylər deyildi, yazıldı. Aradan illər keçdi. Allaha sığındım, səbr etdim və o, yollarımı açdı. Gözəl ailəm oldu, iki gözəl balamla çox xoşbəxtəm.

Amma Allahını unudan insanlar bir-bir cavabını alır və bunu hər kəs görür. Haqq-ədalət öz yerini tapır. Əslində, mən çətin günə sevinən insan deyiləm, buna haqqım da yoxdur. Mən də anayam, Allah bəndəsiyəm. Sadəcə mənim adımdan, tanınmağımdan istifadə edib, çörəyimi yeyib bacardıqları qədər mənə quyu qazıblar. Adını çəkmək istəmədiyim qadının bir zaman güvəndikləri indi haradadır?

Bu gün yenə mənim adımın altında gizlənib. Bütün mətbuat nümayəndələrinə demək istəyirəm ki, adımı o insanların yanında hallandırmayın. Ona sadəcə salam verib, dost demək istəmişəm. Sonra xəbər mətbuatda yayılıb və hamı bilib. Onlara qoşulanların kimliyi bəllidir.

O gündən bu günə zəfər çaldım. Çünki təmiz idim. Allah bir insanın nə qədər günah etdiyini görür və deyir ki, bacardığın qədər et, vaxtın var. Bir də görürsən elə şeylər baş verir ki... Səbr etməklə hər kəsin kimliyi bəlli olur.

Allah heç kimi darda qoymasın. Şər, böhtan söyləyən, şeytan əməlinə uyub min oyuna əl atan, insanın üzünə duranlar bədbəxtdirlər. Mənə toxunanlar cavablarını ala-ala gəlir”.

Xatırladaq ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və onlar azadlıqdan məhrum ediliblər.

Aylin


Müəllif:

Oxşar xəbərlər