11 İyul 2014 14:37
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdən sonra evlənməyə hazırlaşan məşhur cütlükdən xəbər var.

Azərbaycan tamaşaçısının da yaxından tanıdığı aktrisa Beren Saat və müğənni Kənan Doğulu Ramazan bayramında nikah masasına oturacaq. Onların toyu Amerikada baş tutacaq.

27 iyulda keçirilməsi planlaşdırlan toya 30-35 nəfər dəvət ediləcək. Lakin ən yaxınların siyahısında aktrisanın atasının adı yoxdur.

Beren Saat illərdir görüşmədiyi doğma atası Hüseyin Avni Saatı xoş gününə dəvət etməyib. Aktrisanın atası isə bunu təkzib edib. Türkiyə mətbuatına açıqlamasında ata toya dəvət edildiyini, lakin işləri ilə əlaqədar gedə bilmədiyini deyib. "İnşallah ikisidə çox xoşbəxt olar".

Qeyd edək ki, 40 yaşlı Kənan Doğulu ilə 30 yaşlı Beren Saatın münasibətləri 2,5 ildir ki, davam edir. Aktrisa "Fatmagülün suçu nə?", İntiqam" və sairə seriallardakı rolları ilə tanışdır.

/ans press/


Müəllif: