Məşhur müğənni Aysel Əlizadənin Teleqraf.com-a müsahibəsi.
- Aysel xanım, bu il də ailə həyatı qurmağı düşünmürsünüz?
- Düşünürəm. Qismətdə olarsa, bu il ailə quracağam.
- Sevgiliniz varmı?
- Şəxsi həyatım haqqında danışmağı sevmirəm.
- Sənətsiz yaşaya bilərsiniz?
- Bəli...
- Həyat yoldaşınız sənətdən getməyinizi şərt qoyarsa...
- Şərtinə əməl edərəm...
- Ana olmaq istəyirsiniz?
- Bəli, bütün qadınlar ana olmaq istəyir. Gözəl ailə sahibi olmaq hər bir qadının arzusudur.
- Aysel xanım, qeyri-qanuni münasibət yaşayarsınızmı?
- Qeyri-qanuni yaşamağın müxtəlif yolları var. Qeyri-qanuni yaşayanlar da çoxdur. Amma bu barədə danışmağı düzgün hesab etmirəm. Çünki heç kimin taleyinə mən qərar vermirəm. Hər kəs seçimini özü edir. Kim necə istəyir, elə də yaşayır. Həyat, seçim onundur.
- Biznesinizi yenidən bərpa etməyi düşünürsünüz?
- Düzü, biznes fəaliyyətimi çoxdandır dondurmuşam. Qismət olarsa, yenidən bərpa edəcəyəm.
Rəqsanə