Bu sözləri aktrisa Pərvin Abıyeva ötən gün “Maşın şou”da ağlamağına aydınlıq gətirərkən Teleqraf.com-a deyib.
“Mən Allahın qarşısında təmizəm. Dünən Kənana görə ağlamağım, qucaqlaşmağımız kimlərinsə başına daş saldı. Amma bu, səmimi hislər idi.
Mən şouda birinci dəfədir ki, yarışıram və Kənan mənim arxam, dayağımdır. O da getsəydi, qolum-qanadım sınacaqdı. Mənim dostluqda necə səmimi olduğumu Kənan, ailəsi, öz ailəm, sevdiyim bilir”.