24 Aprel 2014 13:38
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir aydır komada olan Kənan İşık sevdiyi şeirlərin oxunmasına reaksiya verməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin məşhur aparıcısı Kənan İşık haqqında həkimlər bu gün açıqlama yayıb. Həkimlərin sözlərinə görə, 1 aydır komada olan İşık ötən gün ilk dəfə sevdiyi şeirin oxunmasına reaksiya verib. Bununla yanaşı, Beril İşık həyat yoldaşının səhətinin hər gün bir az daha yaxışya doğru irəlilədiyini deyib: "Şüuru özündə olmasa da, qavraması yerindədir. Kənana özünü çox sevdiyi şeirlərə qulaq asdırırıq. O zaman üzünü ifadəsi dəyişir".

Qeyd edək ki, Türkiyənin tanınmış aktyoru və “Kim milyonçu olmaq istəyİr” telemüsabiqəsinin aparıcısı Kənan İşığın beyninə qan sızmışdı. Təcili olaraq xəstəxanaya çatdırılan İşık əməliyyat olunub.

Aktyorun çatdırıldığı “Amerikan” xəstəxanası İşıkın vəziyyəti barədə yazılı açıqlama yayıb.

“Saat 14:29-da huşsuz vəziyyətdə xəstəxanamızın təcili yardım şöbəsinə gətirilib. Beyninə qan sızdığı müəyyən edilərək dərhal əməliyyat olunub. Həyatı üçün təhlükə olduğundan aktyorun müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, aktyor Kənan İşık getdiyi saunalardan birində müvazinətini itirərək yıxılıb və başından aldığı travma nəticəsində beyninə qan sızıb.

Dəniz Əliyeva


Müəllif:

Oxşar xəbərlər