Teleqraf.com xəbər verir ki, 4 gün davam edən festival çərçivəsində Rusiyanın tanınmış simaları və əcnəbi ulduzlarla yanaşı, səhnəyə yerli müğənnilər də çıxıblar.
Dünən səhnəyə çıxan tanınmış müğənnilərdən Nigar Camalın geyimi İnstaqram izləyicilərinin rekasiyasına səbəb olub. Onun geyindiyi açıq-qəhvəyi uzun paltarı və ikinci geyimi olan qısa qırmızı donu izləyicilər birmənalı qarşılamayıblar.
Qeyd edək ki, Nigarın geyimlərinin modelyeri tanınmış dizayner, foto-videoqraf Cəlal Kəngərlidir.
Əməkdar artist Röyanın da geyimi uzun müzakirələrə səbəb olub. Müğənni səhnədə Miri Yusiflə duet oxuyan zaman qısa göbəyiaçıq bənövşəyi paltarda, qırmızı xalı üzərində isə açıq bej rəngli donda olub.
İzləyicilər Röyanın özünü əcnəbilərə bənzətmək istədiyini yazıblar.