5 Avqust 2017 22:09
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxa kadrda efirə gedən Fətullah Gülən Terror Şəbəkəsinə (FETÖ) aid kitaba görə başı bəlaya girən "Çocuklar Duymasın" serialının ssenaristi Birol Güvən hər şeyin təsadüfən olduğunu deyib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki. B.Güvən ona qarşı ittihamlara kəskin reaksiya verib: "Bizə axmaq, yaramaz deyin, amma FETÖ-çu deməyin".

O, əlavə edib ki, serialı bəyənməmək, tənqid edmək, izləməmək olar, amma onların vətənpərvərliyinə şübhə etməyə heç kəsin ixtiyarı yoxdur.

Qeyd edək ki, bir neçə ildən sonra təkrar ekranlara dönən "Çocuklar Duymasın" serialının son bölümlərindən birində arxa kadrdakı rəfdə Fətullah Gülənin xarici ölkələrdə açdığı məktəblərdən bəhs edən kitab görünmüşdü. Böyük etirazlara səbəb olan səhnə barədə Birol Güvən üzr istəsə də etirazlar səngiməyib.

Sözügedən səhnə haqqında İstanbul Prokurorluğu cinayət işi açıb. Həmçinin, Türkiyə Televiziya və Radio Ali Şurası serialı yayımlayan "Kanal D"yə pul cəzası kəsib. Bundan sonra, serialın ssenaristi Birol Güvən təkrar açıqlama yaymaq məcburiyyətində qalıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər