Model Əbru Şançı futbolçu əri Alpaslan Öztürkə mesaj yazan qadını sosial media hesabında ifşa edib.
Teleqraf.com xəbər verir ki, “Elazığspor”un futbolçusu Alpaslan Öztürk ilə evli olan və ötən il əkiz qızlarını dünyaya gətirən Əbru Şançı ərinə "Tanış olaq" mesajı yazan qadını İnstaqram səhifəsində biabır edərək yazışmanın skrinşotunu paylaşıb.
Şançı şəklin altına bu sözləri yazıb:
“Həyasızlığın, yüngülbeyinliyin beləsi də varmış, vallah, bravo... Ortalıqda aslan kimi subaylar qala-qala evlisinin ardınca düşməyə nə deyəsən... Halal olsun sənə, kişi! Sənə bunun kimi 1000-i qurban olsun...”