Novxanıda təşkil etdiyi əyləncə gecəsini təxirə salmayan Elşad Xosenin çimərlik geyimində fotosunu İnstagram-da paylaşması izləyicilər tərəfindən şəhidlərimizin ruhuna təhqir kimi qəbul edilib.
Teleqraf.com-un məlumatına görə, sosial şəbəkə istifadəçiləri onu bu hərəkətinə görə sərt tənqid edib. E.Xose isə bu tənqidlərlə razılaşmadığını söyləyib və məcburi köçkünləri təhqir edib: “Camaat istirahət etməsin ki, matəmdir? Axı matəm deyil. Bayrağı salanda biz də matəm edərik. Bu gün Nabranda əyləncə də keçirəcəyik. Mən işimdən qalan deyiləm. Əsgərlər ölüblər, Allah rəhmət eləsin. Onlar nə üçündür bəs? Əsgər ölməyə gedib də... Qaçqınlar indi “xod gedir”. Yaxşı oğlanlar idiniz, orada axıradək dayanardınız. Mən sənin yerinə gedib torpaq alacam?”.
E.Xosenin həmçinin videosu da yayılıb. Orada da təhqir dolu ifadələr yer alıb.
E.Xoseyə qarşı çıxanlardan biri prodüser Tolik olub: "Bir az olar Elşadla danışdım,deyir əsəbiydim, üstümə gəldilər və məndə söydüm. Bir azdan bütün Azərbaycan xalqından üzr istəyəcək".
Daha sonra prodüser həmin paylaşımını silərək bunları əlavə edib : "Sizə qurban olum,mənə zəng edib dedilər ki,o axmaxlıq edib,sən niyə paylaşırsan onun videosunu? Səni ana-bacılar izləyir,niyə onun bu söyüşlərini hamı eşitməlidir? O,payın alıb və Bakıya qayıtdıqda yenə alacağ. Allah böyükdür onun cəzasın verəcək. Onsuz da verib, xalqın gözündən düşdü".
E.Xose isə bu dəfə Facebook sosial şəbəkəsində öz fanatlarına və izləyicilərə müraciət edib.Xose onu məxsusi olaraq gözdən salmağa çalışdıqlarını dilə gətirib: “Məni tanıyanlara, sevənlərə salam. Mən Facebook-a nadir halda girirəm”.
O, sözügedən müsahibəsinin montaj olduğunu deyib: “Sözümə söz qoşub veriblər. Efirə çıxıb məsələyə aydınlıq gətirəcəm və hamının payını verəcəm. Siz mənim kimi oğlanı vətən xaini etmək istəyirsiniz? Hərəniz bir yerdə gizlənib kompüter arxasında aslan olmusunuz? Mənim dediyim mahnılarda, yazdığım mətnlərdə indiyə kimi səhv olub? Mən şəhidi, əsgəri söyə bilərəm? Tolik kimilər kişilikdən danışır. Ona-buna söz atmaqdan bezmədi. Deyir hamıdan çox oğru qışqırar. Bu da belə. Allah haqqı, anası ermənidir, özü vətənpərvərlikdən danışır. Ay Allah, nə günə qaldıq, mənə səbr ver”.