Model Adriana Lima bir neçə gün öncə ailəsi ilə tanış etdiyi sevgilisi Mətin Hara ilə selfisini paylaşıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, cütlük barələrində dəfələrlə yayılan ‘ayrıldılar’ xəbərlərini yalan çıxarıb.
Birlikdə çəkilmiş fotonu sosial şəbəkələrdə paylaşan Lima onun üzərinə Kral və Kraliça sözlərini yazıb. Münasibətlərinin gözəl davam etməsini işarə vermək üçün ‘Həyatımın bir parçası olduğuna görə çox minnətdar və qürurluyam. Sənsiz yarımam. Çox yaxında görüşərik’ sözlərini yazıb. Cütlüyü yaxından izləyənlər onların gizli evləməsi ilə bağlı rəylər yazıblar.