13 Sentyabr 2018 13:23
3 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision – 2014” təmsilçimiz Dilarə Kazımova dünən "Azərbaycan" adlı musiqili layihəsinin təqdimat mərasimini keçirib.

Teleqraf.com-un məlumatına görə, ifaçı təqdimatdan öncə öz təəssüratlarını bölüşüb. O bildirib ki, bu layihə üzərində xeyli müddət işləyib: “Artıq 3-4 aya yaxın idi ki, bu klipi ərsəyə gətirmək üçün çalışırdıq. Ekran işi Qobustanda və İçərişəhərdə lentə alınıb. Çalışdım ki, bu mahnıda zurna aləti ilə pop musiqinin sintezi olsun. Məncə, bu da məndə alındı. Rejissorluğunu Nigar Məmmədovanın etdiyi bu layihəni təqdim etdiyim üçün çox həyəcanlıyam. Geyimlərim də xüsusi olaraq bu klip üçün tikilmişdi. Mən Azərbaycanı çox sevirəm. Elə ona görə də bu 3 dəqiqəlik ekran işində vətənimizin ən gözəl yerlərini göstərməyə çalışmışıq”.

Xatırladaq ki, “Azərbaycan” adlı bəstənin sözləri Leyla Kazımovaya, Nigar Məmmədova, musiqisi ifaçının özünə və Givi Usenaşvilliyə məxsusdur. Ekran işinin baş operatoru, montajçısı Ruslan Paşayevdir. Müğənnini bu klipdə Aytən Hüseynova bəzəyib. Geyimləri isə Səbinə Hüseynovaya məxsusdur.

Qeyd edək ki, D.Kazımovanın təqdimat mərasiminə şou-biznesin tanınmış simaları - müğənnilər Samir Cavadzadə, Roza Zərgərli, Elnarə Xəlilova, Lətifə Soyuöz, rəqqasələr Fatimə Fətəliyeva və Lətifə Soyuöz gəlmişdi.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər