17 Sentyabr 2018 13:04
4 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, “Düz bazar” verilişinə açıqlama verən bəstəkar bildirib ki, hazırda boşandığı həyat yoldaşı ilə münasibətləri normaldır:

“Bu sənət mənim üçün çox çətin oldu. Elə janrda çıxış etdim ki, biri elə düşündü, biri də belə. Ailə üzvlərim də mənə görə narahat olurdu. İndi qazancım üçün el şənliklərinə gedirəm. Bu həyatda özüm üçün yaşamamışam. Nə etmişəmsə, ancaq qohumlar, dostlar, ailə üçün etmişəm.

Ailəm müəyyən səbəblərə görə dağıldı. Amma münasibətimiz normal olaraq qalır. İstəsəniz yoldaşıma bu dəqiqə zəng edə bilərəm. Uzaq rayonlara gedən zaman zəng edir ki, sən getmə, mən gəlib səni aparım”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər