21 Sentyabr 2018 15:00
4 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Bahar Lətifqızı xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevaya dəstək olub.

Teleqraf.com-un məlumatına görə, “Bizimləsən” verilişinə telefon zəngi ilə qoşulan müğənni bildirib ki, hər zaman “Toppuş bacı”nın yanında olacaq:

“Əslində verilişə dünən qoşulacaqdım. Amma çəkilişlərim çox oldu deyə gələ bilmədim. Verilişə baxanda ağladım. İndi sükan arxasındayam, özümü güclə saxlamışam. Tünzaləyə 1000 manat pul verirəm.

İndi prodüserimi göndərirəm ki, o məbləği sizə çatdırsın. Allah özü kömək olsun”.

Qeyd edək ki, “Bizimləsən” verilişi Tünzalə Əliyeva üçün yardım marofonuna start verib. Artıq aktrisa üçün hesab nömrəsi də açılıb.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər