Əməkdar artist Bəsti Sevdiyeva “Səhər-səhər” verilişində gözlənilməz halla qarşılaşıb.
Teleqraf.com-un məlumatına görə, verilişin yeni aparıcısı Gülər müğənninin oğlundan xoşu gəldiyini deyib: “Bəsti xanım, eşitmişəm ki, yaraşıqlı oğlunuz var. Bir ad günü var idi, orda dedilər ki, bu oğlan Bəsti xanımın oğludur.
Mən də gördüm, bəyəndim. Yəni demək istəyirəm ki, hələ də subaydır?
Bu məqamda aparıcı Elgiz replika atıb: “Bəsti xanım, görün zəmanə necə dəyişdi. Bunu da deməyin bir yolu var da. Üz-üzünə deyirsən ki, oğlunuz subaydır?”.
Bəsti Sevdiyeva isə aparıcının sözlərini cavabsız qoymayıb: “Mən qız xeylağı olsaydım, heç bir zaman o sözləri deməzdim. Bizim vaxtımızla indiki vaxt eyni deyil. Ürəyi istədi, dedi. Maşallah qəşəng qızdır”.
Qeyd edək ki, Bəsti Sevdiyevanın oğlundan savayı bir qızı var. O, Türkiyəyə gəlin köçüb. Müğənni bir müddət öncə açıqlamasında oğlunu evləndirmək istədiyini də demişdi.