30 Oktyabr 2018 17:26
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Damla Murad Arifin aparıcılıq etdiyi “Popumuz var” adlı “Youtube” layihəsinə qonaq olub.

Teleqraf.com-un məlumatına görə, ifaçı verilişdə bu sözləri deyib: “Tamaşaçı Azərbaycan xanımının obrazını səhnədə gördü. Bundan əvvəl çox gözəl, xanım-xatın sənətçilər səhnəyə çıxıb. Sırf estradadan danışıram. Məsələn, qaynaqsız saçlar, bir az dolu olmaq və sair. İndi hamı pəhriz saxlayır ki, arıq olsun”.

İfaçı azadlığa çıxan keçmiş həyat yoldaşı Ceyhun Əliyev barəsində də danışıb: “Oğlum İbrahimin artıq atasıyla ünsiyyəti var. Atası idmanı, dərsləri, məktəbi ilə məşğul olur. Bu yükü tək daşımıram. Hiss edirəm ki, bu il İbrahimdə başqa xüsusiyyətlər formalaşır. 13 yaşı var, çox çətin bir dövr keçirir”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər