Hərdən insanları anlamaqda çətinlik çəkirəm. Özünün nə işlə məşğul olduğu bəlli deyil, bilinmir ki, həyatda hansı nailiyyətləri var, amma elə insanlar haqda fikir bildirir, bilmirsən nə deyəsən.
Teleqraf.com xəbər verir ki, bu barədə müğənni Nura Suri özünün sosial şəbəkədəki statusunda qeyd edib.
“Biri yazır ki, Balzakı heç sevmədim, çox ağır yazır. A kişi, ay insan, axı, Balzakı başa düşmək üçün baş lazımdır. De ki, ağır gəldi, beynim hələ də hazır deyil. Ya da ötən gün başqası orientasiyasını nəzərdə tutub deyir ki, Fredi Merkuri kim olub e, çıxarıb qoyublar dağ başına?
Axı, niyə başqaları haqda fikir bildirməyi özünüzə borc bilirsiniz? Kim sizə bu haqqı verib? Buna görə sizə maaş ödəyirlər? Bu sənətin adı nədir?”, -deyə müğənni etiraz edib.
Onun fikrincə, kimsə ucalıb, fəxr olunası bir pilləyə çatanda, azərbaycanlılar ona rişxənd edir: “Azərbaycanda deyilən bir cümlə var: Kim olub e, bu? Fakt bu insan öz gücünə bu gün belə pilləyə qalxa bilib. Vallah, pis görünür. İnsanların arxasınca danışmaq yaxşı iş deyil”.