Müğənni Türkan Vəlizadə həmkarı Elnarə Xəlilovanın "gündəmi və efiri şəbnəmlər, türkanlar, damlalar zəbt ediblər" fikrinə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, ifaçı həmkarının bu açıqlamasından əsla incimədiyini qeyd edib: "Mənə hər baxımdan özümdən böyüyə qarşı hörmətli davranmağı öyrədiblər. Bu səbəbdən də Elnarə xanımın fikrinə hörmətlə yanaşıram. Onun bu fikri pis niyyətlə demədiyini düşünürəm. Elnarə xanım özündən sonra sənətə gələnlərin qəlbinə dəyməz. Bunu özünə yaraşdırmadığına əminəm. Çünki Elnarə xanım bir neçə il qabaq mənimlə eyni müsabiqədən çıxan xalası qızı Nərmin Hüseynovaya (Mina) da dəstək olmuşdu".
Müğənni gündəmdə olmasının səbəbini də açıqlayıb:
"İnsanlar bizi sevir və dinləyirlər. Bu səbəbdən də gündəmdəyik. Bunları nəzərə alaraq, bizi tez-tez efirə dəvət edirlər. Hər kəsin bir dövranı var. İllər sonra bizim yerimizi gündəm sarıdan başqa müğənnilər tutacaq. Öz adımdan əminliklə deyə bilərəm ki, mənim buna reaksiyam normal olacaq. Biz eyni xalqın nümayəndəsiyik. İçimizdə eqoistlik hissi olmamalıdır. Əksinə, hər sahədə bir-birimizi dəstəkləməliyik".