Azərbaycanlı müğənni Ayaz Qasımov ailə qurmasının 9 ilini qeyd edib.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Ayaz həyat yoldaşının üzünü gizlətdiyi fotoya bu sözləri qeyd edib: "9 il öncə məhz bu gün. Həyatıma məna, rəng gəldi. Rəbbimə çox şükür, xoşbəxtəm. Artıq övladlarımız böyüyür, həyatın mənası daha da gözəlləşir bizim üçün. Hər günümüz gözəl keçsin, yaxşı ki, varsan".