26 Avqust 2014 10:54
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar-müğənni Nurlan Təhməzlinin bu günlərdə klipini təqdim etdiyi “Gəl, evlənək” mahnısı böyük səs-küyə səbəb olub.

Teleqraf.com tabloid.az-a istinadən xəbər verir ki, musiqisi özünə, sözləri Zülfi Bədəlova aid mahnının onun olmadığını iddia edənlər var. Hətta müğənnini erməni mahnısı oxumaqda ittiham edənlər də tapılıb.

Məsələyə münasibət bildirən Nurlan bundan bərk qəzəbləndiyini gizlətməyib:

“Bu, erməni mahnısı deyil! Musiqidən anlayışı olan hər kəs mahnıya qulaq asarkən bunu təsdiqləyəcək. Bu mahnını şəxsən özüm, milli rəqs havalarımızdan ilhamlanaraq bəstələmişəm. Bəzi dinləyiciləri çaşdıran məqam isə, mahnının sonunda dediyim - “Bay, bay, bay” ifadəsidir. Nədənsə, bəziləri bunu ermənisayaq “Vay, vay”la səhv salıblar. Klipə diqqətlə baxanlar buna əmin ola bilər”, – deyə Nurlan Təhməzli onu ittiham edənləri diqqətli olmağa çağırıb.


Müəllif:

Oxşar xəbərlər