Bir müddət öncə atasını itirən müğənni Gülay Zeynallı "5/5" verilişinin qonağı olub.
Teleqraf.com-un məlumatına görə, ifaçı 63 yaşında dünyasını dəyişən atası barədə danışarkən kövrəlib:
"Mən və iki bacım bacardığımızı etdik, övladlıq borcumuzu yerinə yetirdik. Atamın yadigarı olaraq 6 bibim və bir əmim qalıb. Atamla anam ayrılmışdı.
Amma elə ürəyə sahib anam var ki, bizi ondan ayrı qoymayıb. Atam ikinci dəfə ailə qurmuşdu, amma uşaqları yox idi".