“Mən qaraya qara, ağa ağ deməkdən çəkinmədim. Bir çox yazı gördüm və məyus oldum”.
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan İnstaqram səhifəsində yazıb. O, həmkarı, xalq artisti Aygün Kazımovanı “Altın Kelebek” mükafatını alması münasibəti ilə təbrik edib:
“Əvvəlcə onu qeyd edim ki, gözəl xalqım, hər uğur pulla deyildir. Bəzən sadəcə dəyərimizi dəyərləndirə bilmirik. Bəli, mən gələndə bir insan təbriki ala bilmədim. Efirlərdə tənqiddən tutmuş təhqirlərə qədər ünvanıma eşitdim. Bir çox şey var. Media tərəfdən də incidim. Amma əsla buna ucuz yanaşmasına icazə vermərəm. Izlədim və bir çox şeyi yenidən dərk etdim. Sənətin yaxşısı yoxdur. Sən hər zaman sığınacaq yer və isti kəlimlərə ehtiyac duyursan. Ona görə də, mən tarixdən silinməyən qadına təbriklərimi və hörmətlərimi çatdırıram".