Müğənni Niyam Salami bir müddət öncə şəxsi həyatı ilə bağlı söylədiyi yalanının üstünü açıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində bildirib ki, bu günə qədər ata olmayıb:
“Varım dövlətim onundur. Mən öləndən sonra maşınımı sür. Oğlum deyəndə ki, qardaşımın oğludur. İndi 40 yaşım var. Bundan sonra evlənəsi deyiləm. Ölümümə hazırlaşıram”.
Qeyd edək ki, Niyam Salami “Hüseynova Bacıları” verilişinində uğursuz evliliyindən danışmış və bir övladının olduğunu demişdi:
“Mən bədbəxt ailə başçısı idim. Evli olmuşam. 7 yaşında oğlum var, məktəbə gedir. Bundan sonrakı ömrümü ailəmə, bacılarıma, öz nəslimə həsr etmişəm. Nəslim korluq çəkməsin. Suraxanıda qəşəng ev tikmişəm, yuvam var, içində yumurta da var, balası da çıxıb. Hər şey etdim. Bircə anam xəstə olmasın. Ona bir şey olmasın. Səhnəyə çıxıb oxuyanda ilk olaraq özümü düşünürəm. Çünki sənət adamları natamam olur”.