18 Yanvar 2019 10:36
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum klarnet ifaçısı Zahid Sabirabadlının evinin kredit borcu üçün lazım olan 13 min manat toplanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində deyib.

O bildirib ki, evin təmirinin xərclərini müğənni Roza Zərgərli, mebellərini isə Səidə Dadaşova alacaq: “Zahidin videosunu öz səhifələrində reklam xatirinə paylaşan məşhurlar, o videonu səhifənizdən silin. Artıq bütün məbləğ yığıldı”.

Verilişdən sonra mərhum klarnet ifaçısının xanımı Azərbaycan xalqına video müraciət ünvanlayıb: “Şükürlər olsun ki, evin pulu bitdi. Bizə kömək edən hər kəsə təşəkkür edirəm”.


Müəllif: Teleqraf.com