9 Mart 2019 09:11
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı müğənni Ledi Qaqa iki aylıq hamilədir.

Teleqraf.com xəbər verir ki, bu barədə The Star məlumat yayıb.

Məlumata görə, doğulacaq körpənin atası aktyor Bredli Kuperdir. Aktyorun Ledi Qaqa ilə münasibətlərinə onun vətəndaş nikahında olduğu İrina Şeykin hələlik reaksiyası məlum deyil.

Ledi Qaqa ilə Bredli Kuperin sevgisi haqda media, o cümlədən sosial şəbəkələr çoxdan yazır.

Yeri gəlmişkən, müğənni sosial şəbəkələrdə yayılan xəbərlərə belə münasibət bildirib: "Sosial şəbəkələr - internetin tualetidir".

Ledi Qaqanın artıq hamiləlik qayğılarına başladığı bildirilir. O, "Oskar" mükafatının təqdimat mərasimiundə spirtli içkidən imtina edib.


Müəllif: Mahir