Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bu dəfə transparan geyimi ilə diqqəti üzərinə cəlb etməyi bacarıb.
Teleqraf.com xəbər verir ki, "Mercedes-Benz Fashion Week İstanbul" çərçivəsində Tuba Erginin dəfiləsini izləməyə gələn aktrisa görənləri libası ilə təəccübləndirib.
Sosial şəbəkələrdə fotolarını paylaşan Nəsrin Cavadzadənin transparan geyimi izləyicilərin marağına səbəb olub.