25 Aprel 2019 23:43
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı ötən gün müəllifi olduğu verilişdə müğənni Sevda Yahyavevanın ögey atasına tribuna verdiyi üçün sosial mediada digər müğənnilər tərəfindən tənqidlərə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, o, verilişində bu barədə açıqlam verərək, onu tənqid edənlərə cavab verib:

“Mən sizin düşməniniz deyiləm. İlhamə Quliyevanın qılıncının sağı-solu kəsəndə, Nazpəri "”vurulan”da onu mən müdaifə etmişəm.

İşçilərimə tapşırmışam ki, həftənin neçə günü vaxtı varsa, efirə çağırın. İlhamə xanım mənə deyib Flora Kərimovanı çağırma, demişəm ki, ilk efirimə Flora gələcək.

Səidə Sultan vurulanda onu efirimdə olmasa da, qəzetimdə müdafiə etmişəm. Mənə yaxın jurnalistlərə demişəm ki, onu müdafiə edin. Mən haqq və ədalətin tərəfindəyəm”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Aysel Əlizadəni əriylə sevgili olmaqda ittiham edən Turanə adlı qadını da efirə çıxardığı üçün tənqidlərə məruz qalmışdı.


Müəllif: Teleqraf.com