18 İyun 2019 11:27
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktrisa Pərvin Abıyeva bir sıra xəbər saytlarında əleyhinə yayılmış informasiyalara cavab verib.

Teleqraf.com xəbər verir ki, o bu barədə özünün İnstaqram hesabında yazıb.

Yeni fotosunu paylaşan Pərvin qeyd edib:

“Saytlarda haqqımda yazılanları oxudum. Biz necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qara qəlbli, kinli, nifrət dolu olmağın qaynağı hardan gəlir? Əslində mən sizi qınamıram, sizi böyüdən, sizə tərbiyə verən valideynləri qınayıram ki, ürəyinizə nifrət toxumu səpiblər. İnsan öz övladını belə insan düşməni kimi böyütməməlidir.

Qoy mən sizin gözünüzə açıq geyinən olum, sizlərin gözünüzdə nə oluramsa-olum, amma mən sevgi dolu, humanist böyümüşəm.

Heç kəsin paxıllığını çəkmirəm, qeybətini etmirəm, babalımı yumuram. Əlimdən gəldiyi qədər ətrafıma əl tutmuşam. Sizin kimi qara qəlbli deyiləm. Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn, bunlar mənə təsir etmir, yenə də öz bildiyimi edəcəyəm, yenə də istədiyim kimi yaşayacağam. Amma siz iyrənc görünürsünüz, gəbərin qurdlu məxluqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər