19 İyun 2019 12:20
1 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə hər paylaşımı hadisə olan müğənni Afaq Aslan növbəti dəfə diqqət mərkəzinə düşüb.

Teleqraf.com xəbər verir ki, onun İnstaqramda budəfəki paylaşımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Tez-tez öz qeyri-adi fotoları ilə gündəm olan Afaq indi də “oğrular”dan yazıb.

Yazıçı Çingiz Abdullayevin fikirlərinə istinad edən müğənni qeyd edib:

“Dünyada iki növ oğru mövcuddur: kiçik oğrular, hansılar ki, polis onları tutur. Böyük oğrular, hansılar ki, polis onları qoruyur”.

Əlavə edək ki, bir müddət əvvəl mətbuatda Afaq Aslanın “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) sevgili olması haqda məlumat yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu