27 İyun 2019 07:25
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

San-Trope sahillərində paparatsilərin kamerasına tuş gələn dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun ailəsi ilə birgə istirahət etdiyi dəbdəbəli yaxtanın həftəlik icarə haqqı bəlli olub.

Teleqraf.com xəbər verir ki, “Afrika” adlanan motorlu yaxtanın qiyməti 19 milyon dollardır. Bir həftəlik icarə haqqı 228 min dollar təşkil edir.

Burada 12 nəfər rahat istirahət edə bilər. Yaxtada biri lüks, dördü standart, biri də ekipaj üçün olmaqla altı kayut var. Qonaqların qulluğunda isə doqquz nəfər ekipaj üzvü dayanır. Yaxtada əylənmək üçün bir çox vasitələr var.

Bu iri ölçülü yaxtanı görənlər heyrətlənirlər. Belə ki, onun uzunluğu 492 metrdir. Jurnalistlər zarafatla Ronaldonun yaxtada rahat şəkildə qaçışla məşğul ola biləcəyini də qeyd ediblər.


Müəllif: Teleqraf.com