Dünya şöhrətli aktrisa Katrin Denyövun Fransanın paytaxtı Parisdə halı qəfil pisləşib.
Teleqraf.com xəbər verir ki, xəstəxanaya çatdırılan aktrisanın insult keçirdiyi məlum olub. 76 yaşlı Katrin bir müddət xəstəxanada qalmalı olacaq.
Qeyd edək ki, yüzlərlə filmə çəkilən Katrin Denyöv 1967-ci ildə lentə alınmış “Belle Du Jour” ilə məşhurluq qazanıb.