Xalq artisti Brilliant Dadaşova "Şükür ola" adlı yeni klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, sözləri və musiqisi Fərid Kərimliyə məxsus klip "Caspian Media Holding"in istehsalıdır.
Klipdə müğənni ilə bərabər modellər Marina Dar və Kənan Mehdi rol alıb. Klip yay aylarında Qubada çəkilib.
Qeyd edək ki, müğənni həyat yoldaşı Ədalət Hacıyevın doğum günü münasibətilə ona bu mahnını ərmağan etmişdi.
O, sosial şəbəkədə mahnının sözlərini paylaşaraq "31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm".