13 Yanvar 2020 12:57
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox gözəl bilirəm ki, bu videonu paylaşacam və ayağımın altını qazamaq üçün fürsət axtaranların sayı artacaq. Psixologiyanı bilməyən, incə edib sıx toxumadan bixəbər, yüz ölçüb bir biçə bilməyən insanlar ictimai proqram aparmamıldır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova bir neçə ay əvvəl Tovuz rayonunda yandırılmış meyiti tapılan Nərmin Quliyevanın ölümündən yazarkən deyib.

O, aparıcı Xoşqədəm Hidayətqızını Nərminin ölümüdə günahlandırıb:Bir körpənin həyatı ilə oynadılar. Susaq deyirəm, uşağın ağlamaq səsi qulağıma gəlir.

Kaş o verilişdə hədə-qorxu gəlmək əvəzinə deyərdiniz ki, gəl sənə muştuluq hədiyyə verəcəyik. Psixoliji cəhətdən anormal insanı toplayıb ortaya çıxarmaq daha asan olardı. Amma harda…”.

Qeyd edək ki, Nərmin Quliyevanın yaxınları onun tapılması üçün Xoşqədəm Hidayətqızına müraciət etmişdilər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər