4 Mart 2020 12:29
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli əməliyyat olunacaq.

Teleqraf.com xəbər verir ki, sənətçi ayağında problem var.

Əməliyyata dörd peşəkar cərrah girəcək. Roza Zərgərli bildirib ki, əməliyyat ayın 6-da baş tutacaq: "Uzun müddətdir ayağımda problem var. Bu, ilk əməliyyat deyil. Kök hüceyrə transplantasiyası icra ediləcək. Ümid edirəm ki, yaxşı keçəcək. Həkimlər buna ciddi hazırlaşıblar. Əslində, çoxdan əməliyyat olunmalıydım. Amma işlərimin çoxluğundan vaxtı uzadırdım".

Qeyd edək ki, sənətçi əvvəlcə bu ilin mayında İsraildə əməliyyat olunmalı və endoprotez qoyulmalı idi. Buna görə də müğənni iki dəfə plastik əməliyyat etdirib, çəkisini azaltdırıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər