“Bu şəhərdə” komandası tədbirlərin birində görüntülənib.
Ssenarist Müşfiq Abbasov Teleqraf.com-a açıqlamasında koronavirusa görə “CanaVar” adlı konsertlərinin təxirə salınmasından danışıb:
“Tamaşaçılarımız biletlərlə may ayının 28,29,30,31-də Heydər Əliyev adına Sarayda baş tutacaq konsertdə iştirak edəcəklər. Biz tamaşaçılarımızı fikirləşdik və belə qərara gəldik. Pis çıxmasın, ölkədə ən kütləvi tədbirlərdən biri bizimdir. Konsertlərimiz bir neçə gün anşlaqla keçir. Tarixi dəyişdik ki, insanlar konsertimizə rahat gəlsinlər”.
“Elza Seyidacahanı növbəti konsertinizdə də parodiya edəcəksiniz. Millət vəkilliyinə namizədliyinə toxunacaqsınızmı?” sualına o, belə cavab verib: “Elza adi həyatda da təəccübləndirməyi bacarır. Hər zaman fərqlidir. Hər çıxışında istər xarici görünüş, istərsə də yaradıcılıq olsun, nəsə fəqrli bir şey düşünür. Biz də maksimum çalışırıq ki, ondan geri qalmayaq”.
Əməkdar artist Rəfael İsgəndərov isə deyib ki, Elza Seyidcahanı o, parodiya edəcək: “O bizim dostumuzdur. Mövzü millət vəkiliyinə namizədliyidir. Hətta seçkilər bitdikdən sonra Elza təbliğat kampaniyasına davam edir. Bu da Elzanın özünəməxsusluğudur. Roza Zərgərlini isə Coşqun Rəhimov canlandıracaq. Roza onun gözəlliyinə həsəd aparacaq”.
Qeyd edək ki, “Bu şəhərdə” komandası martın 4-dən 8-dək “CanaVar” adlı konsert proqramı ilə çıxış edəcəkdilər.