Meyxanaçı Samirə Yusifqızı və duet ortağı Oqtay Kamil maraqlı açıqlamaları ilə diqqət çəkiblər.
Teleqraf.com xəbər verir ki, Samirə Yusifqızı "Səhər-səhər" verilişindı aparıcının "Oqtay kimi kişi ilə evlənərdiniz? O sizə sevgi etirafı edib?" sualına belə cavab verib: "Həmişə mənə deyir ki, səni çox istəyirəm, ürəyimsən, aşqımsan. Amma heç vaxt sevirəm deməyib.
Ona həmisə deyirəm ki, sən mənim zövqümdə deyilsən. O da eyni sözü mənə deyir. 20 yaşında olsaydım Oqtayla ailə qurardım. Heç vaxt bu yaşda onunla evlənmərəm".
Oqtay Kamil isə həmkarına "Səni istəyən var?" deyə reaksiya göstərib.