Müğənni Afət Fərmanqızını koronavirusa görə kasıb ailələrə kömək etməməkdə günahlandırıblar.
Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı İnstaqramda video paylaşaraq onlara cavab verib:
"Evdə qalmaq rejimi davam edir. Amma mənə hərdən aqressiv şərhlər yazırlar ki, siz niyə yardım etmirsiniz? Bunu çəkib sosial şəbəkədə paylaşmırsınız?
Onu etsəm onda da yazacaqsınız ki, bu nədir, etdiyinizi paylaşırsınız. Ona görə də Allah bildi, bəsdir.
Tək mən yox, müğənnilərin 99 faizi imkansızlara kömək edir. Koronavirus məsələsi yeni-yeni yayılan zaman mənim bir nəfərdən alacağım məbləğ var idi. Həmin adama yazdım ki, pulu səndən almayacam. Əvvəl düşündüm ki, bir ay almayım, sonra fikirləşdim ki, məsələ bitənə qədər güzəştə gedim. Həmin məbləğlə bazarlıq edib, nə qədər ərzaq almaq olardı və edəcəyəm də. İcarədə olan obyektimin də pulunu almayacam.
Mən izləyicilərimə hörmətlə yanaşıram. Mənə bəzi sənət dostlarım deyirlər ki, izləyicilərini adam yerinə sayma! Amma elə deyil, onların fikrinə hörmətlə yanaşıram".