22 Aprel 2020 16:54
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox yorulmuşam. Üstünüzə sağlıq, xəstəyəm, koronavirusa görə analiz vermişəm. 10 gündən artıqdır yatmıram".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Bizimləsən" verilişində müğənni Rəqsanə İsmayılova deyib.

Moskvada bir çox az təminatlı ailələrə kömək edən müğənni Azərbaycana da yardım göndərəcəyini açıqlayıb: "Ölkəmizdə də 500 ailəyə yardım göndərəcəm. Mənim adımdan Aysuna kömək edib, paylayarsınız".

Sənətçi onun şəklini sosial şəbəkədə paylaşaraq "Vaxt var idi ki, Rəqsanə İsmayılovanı bəyənmirdiniz, indi sizə kömək edir" deyən müğənni dostlarının fikirlərinə də münasibət bildirib:

"Deməli, məni nə vaxtsa bəyənməyiblərsə, çətin vəziyyətdə kin saxlayıb, yardım etməyim? Xalqıma qurban olum".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər