Dünya ulduzu Cennifer Lopez və nişanlısı Aleks Rodrigezin yeni sərmayəsi hər kəsi şoka salıb.
Teleqraf.com xəbər verir ki, ümumi sərvəti 700 milyon dollar civarında olan cütlük Amerika Basketbol Liqasının (MLB) komandasını satın almaq istəyir.
İqtisadçıların fikrincə, klubun hazırkı real satış dəyəri 1,5 milyard dollar həddindədir. Bununla yanaşı, məşhur cütlüyün 25-50 milyon dollarlıq investor axtardığı da iddia edilir.
Qeyd edək ki, cütlük karantin rejimi bitdikdən sonra nikah masasına əyləşəcəklər.