"Məndən çox şər-böhtana məruz qalan insan yoxdur. Maqazin proqramında bir şey danışıram, başqa cür təqdim edirlər. Bir gün oğlum Cahad tələbə yoldaşı ilə Nigarın qızı qucaqlarında şəkil çəkdirmişdilər. Onu verilişdə təqdim etdilər ki, oğlu evlənib. Özü-özümə dedim ki, mənə də belə ediblər, indi də uşağıma böhtan atırlar. Uşağımın heç bir təqsiri yoxdur ki, onun anasının istedadı var".
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova prodüser Tarix (Tolik) Əliyevin aparıcılığı ilə yayımlanan "Tolik ilə səmimi" verilişində küsülü olduğu aparıcı Afaq Gəncəli haqqında danışarkən deyib.
\Xalq artisti aparıcının ünvanına bu sözləri də bildirib: "Adını çəkdiyin insan çox yaxşı yalan danışır. Şər-böhtandan doymuşam. Oğlumun evlənməsi haqda süjet verərkən mənə zəng edib, soruşa bilərdilər. Bir oğlum var.
Sadəcə dedim ki, mənə eləmisiniz, uşağıma etməyin".