“Emosional insanam. O gün qonşuluqda iki nəfər mübahisə edirdi. Aralarına girib, xoş sözlərlə sakitləşdirməyə çalışdım. Kənardan kiminsə dalaşdığını görəndə rahat dayana bilmirəm”.
Bu sözləri Əməkdar artist Rəşad İlyasov “ATV Maqazin 10larla” proqramına müsahibə verərkən deyib.
Karantində toysuz qaldıqlarından gileylənən şou əhlindən fərqli olaraq, sənətçinin maddi vəziyyəti heç də pis deyil. R.İlyasov özünə yeni avtomobil aldığını açıqlayıb:
“Avtomobillərim hər zaman mənə uyğun olub. Düşünürəm ki, bu, hamıda belədir. Son üç avtomobilimi salondan almışam. Bu da məni qane edən avtomobildir. Çünki alman markasıdır.
O ki qaldı qiymətə, heç özüm də bilmirəm. Çünki hələ kredit yazır, görək aldığım avtomobil neçəyə başa gələcək”.
Qeyd edək ki, Gülnarə adlı xanımla ailəli olan R.İlyasovun Leyla və Mirzə adlı iki övladı var.
/Oxu.az/