Müğənni Dana Dürdanə "Bizimləsən" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Dana Dürdanə keçmiş həyat yoldaşının ona işgəncə verdiyini açıqlayıb:
"Murada görə balaca oğluma Marat adı qoymuşam. Mən istəməyəcəmsə, oturmayacam. Bu tip qadınlar sırasındayam. Oğlum mənə görə ağlayıb, depressiyada olub. Oğlumu keçmiş həyat yoldaşımdan istəmişəm, qapılarına getmişəm, amma vəhşicəsinə döyülmüşəm. Pəncərələri bağlayıb, musqinin səsini qaldırıblar ki, uşaq ananın səsini eşitməsin. Mən bir daş alıb, şüşəsini sındırsam, onların əlinə fürsət düşəcəkdi ki, polis idarəsinə aparsınlar. Qollarımı kəsmişdim, artıq ölmək istəyirdim, bacarmırdım".
Daha sonra Dana Dürdanənin baldızı Elmira xanım canlı efirə bağlanaraq onu biabır edib: "Bu illər ərzində çox yalanlar danışıb. Çox şeyləri gizlədir. O, Dağıstanda nələr edib... Uşağını özü atıb. Biz elə vicdansız ailə deyilik.
Qurana əl basaram ki, o, yalan danışır. Dağıstanda içkiyə qurşanmışdı. Murada görə susmuşam. Əlimdə sübutlar var, məhkəməyə verilsin, hər şey üzə çıxsın. Yalandan ailəmizi şərləmək lazım deyil.
Televiziyaya çıxır, ağzına gələni danışır. Muradın xətrinə susuruq. Amma lazım olsa efirə çıxıb, hər şeyi sübut edərəm. Murad yeniyetmə oğlandır, ayıbdır.
Uşağı qardaşımla görüşəndə istiyə bilərsən. O, ailəsini, evini bir kişiyə görə dağıdıb. Murada görə çox şeyi danışmaq istəmirəm".