27 İyun 2020 20:12
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Kərim Abbasov "Show news" verilişində qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Kərim Abbasov bu sözləri deyib:

"Filankəs botoks edib, yaxşı edib. Hansısa qadın müğənnimiz sinəsini böyüdüb, yaxşı edib. Sizə nə? Gedin özünüzə baxın. Bu mövzular hələ qurtarmayıb? Ölməyib bu mövzular?

Ayıbdır, iyrənc söhbətlərdir. Kim-kimin həyatını yaşayır. Gedin öz həyatınızı yaşayın. Biri deyir ki, cırıq şalvar geyinir. Sizə nə? Başımda gördüm ki, ağ saçlar çoxdur, niyə da rəng qoymamalıyam? Bu yaşda ağ saçlı, qoca kimi görsənmək istəmirəm. Mən kiminsə fikri ilə otura bilmərəm, estrada ifaçısıyam. Geyimim də, saçım da yerində olmalıdır. Muğam ifaçılarımızın 99 faizi saçına rəng qoyur. Onların kişiliyində problemləri var? Mən sənət aləmindəyəm, kim necə qınayır, özü bilər. Cırıq şalvar geyinmə ayıbdır, botoks etmə və s. deyənlər boş adamlardırlar.
İşləri yoxdur və gündəmdə qalmaq üçün danışırlar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər