3 İyul 2020 17:27
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayım açıb.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

O, şəbəkə izləyicisinin "Evlənməyi düşünürsünüzmü?" sualına "Bəli, düşünürəm" - deyə, cavab verib.

Bir müddət əvvəl polis sevgilisi Murad Abdullayevldən ayrılan Pərvin Abıyeva "Polislə münasibətiniz necədir?" sualına isə belə cavab verib: "Mənim polis dostum yoxdur".

Aktrisa daha sonra ona cadu edildiyini də açıqlayıb: "Fala baxdıranlara və cadu ilə məşğul olanlara nifrət edirəm.
Mənə də cadu edilib, amma bilmirəm kimə təmizlətdirim".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər