17 İyul 2020 12:30
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) iyulun 15-i Bakıda Azərbaycan ordusuna dəstək məqsədilə təşkil olunmuş aksiyalarla bağlı ittihamlara cavab verib.

AzTV-dən Teleqraf.com-a daxil olan məlumata görə, Azərbaycan Televiziyasının “Çıxışa doğru” tok-şousunun aparıcısı verilişdə bu barədə açıqlama verərək bildirib ki, QSC aksiyanı səsgücləndiricilərlə təmin etmək istəyib:

“Əməkdaşlarımız ön sıralarda idi. Aksiya əvvəlcədən təşkil olunmadığından hazırlıq görülməmişdi. Buna baxmayaraq, onlar aksiyanı səsgücləndiricilərlə təmin etmək istədilər. Biz nə qədər cəhd etsək də, təxribatlara əl atıldı. Kabellər bir neçə dəfə kəsildi.

Hadisə yerinə Azərbaycan Televiziyasının maşını da yaxınlaşdı. Biz istədik ki, Azərbaycan Televiziyasının texniki imkanlarından istifadə edərək, ziyalılarımız çıxış etsinlər, aksiyanı idarə etsinlər. Lakin imkan vermədilər”.


Müəllif: Rəqsanə Həsənova