16 Sentyabr 2020 14:17
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur dünya ulduzu Kardi B ləqəbli Belkalis Almanzarın həyat yoldaşı Offsetidən ayrıldığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, Kardi B üç illik evliliyini bitirmək qərarına gəlib.

Boşanmanın səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Kardi B ilə repçi Offset 2017-ci ildə gizli şəkildə ailə qurublar. Cütlüyün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova